az / en


Tövsiyə edilən dövri elmi nəşrlər


ICI Journals Master


Web of science


Research gate


Scopus


Web of knowledge


Google Scholar


academia,edu


elibrary.ru


    BAŞ REDAKTOR                                                                                                

ilham_memmedzadeh
 
İLHAM RAMİZ OĞLU MƏMMƏDZADƏ
 
İlham Ramiz oğlu Məmmədzadə 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1980-ci ildə Moskva şəhərində fəlsəfə üzrə fəlsəfə doktoru, 1990-cı ildə isə fəlsəfə üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan İ.R.Məmmədzadə şöbə müdiri və İnstitutun direktoru vəzifəsinədək yüksəlmişdir.

F.e.d. İ.R.Məmmədzadənin elmi-tədqiqat sahəsi olduqca genişdir. O, etika, siyasi etika, bioetika, fəlsəfə tarixi, kulturologiya, politologiya kimi elmi istiqamətlər üzrə araşdırmalar aparmış və bu istiqamətdə də hal-hazırda işini uğurla davam etdirir.

İ.R.Məmmədzadə Azərbaycanda və xaricdə nəşr olunmuş 130-dan çox əsərin, o cümlədən 9 kitab və monoqrafiya, 100-dən çox məqalənin müəllifidir.

Əsərlərində ("Etikaya giriş" (2004); "Əxlaqın şərhinin təcrübəsi" (2006), "Siyasət və əxlaq" (1988), "Xeyir və Şər" (1993), "Siyasi etika" (1997) və s.) o, aksiologiyanın və əxlaq fəlsəfəsinin gözəl nümunəsini yarada bilmiş və öz mahiyyətinə görə "əxlaq-etika" vahid sisteminin fəlsəfi cəhətdən ümumiləşdirilməsi konsepsiyasını vermişdir.

Onun əxlaq və davranışların bölgüsü, müxtəlif əxlaq sistemləri haqqındakı ideyaları postsovet fəlsəfəsi və etikası tərəfindən yüksək qiymətləndirilərək qəbul edilmişdir.

İ.R.Məmmədzadə Azərbaycan fəlsəfəsində və etikasında ilk dəfə olaraq Azərbaycanda keçid dövrünün bir sıra mərhələlərinin konsepsiyalarını işləmiş və elmi ictimaiyyətə çatdırmışdır ("Vətəndaş cəmiyyəti və milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi" (1995), "О философии (Современные подходы: тенденции и перспективы) (2011), "Глобаллашма вя мцасирляшмя шяраитиндя фялсяфянин актуаллыьы щаггында (2009) ). Onun vətəndaş cəmiyyəti, siyasi etika, siyasi rejimlər və keçid dövrü transformasiya yolları haqqında, xüsusilə, postsovet məkanında baş vermiş dəyişikliklərin fəlsəfəsi elmi ictimaiyyət tərəfindən konseptual keyfiyyət kimi qəbul edilmişdir. Əminliklə deyə bilərik ki, o, özünün elmi məktəbini yaratmış və siyasi etikanın tədqiqi ənənələrini formalaşdırmışdır.

İ.R.Məmmədzadə bir sıra beynəlxalq simpozium və konfranslarda Azərbaycan elmini, fəlsəfəsini uğurla təmsil etmişdir. O, Çexoslovakiya, Ukrayna, Rusiya, Fransa, Polşa, İtaliya, Macarıstan, Türkiyə, İsveçrə, Belarus və s. ölkələrdə keçirilən dünya Fəlsəfə konqreslərində etika, fəlsəfə, politologiya və mədəniyyət problemləri üzrə elmi məruzələrlə çıxış etmişdir və aparıcı Elmi Mərkəzlərində mühazirələr oxumuşdur. İ.R.Məmmədzadə hazırda postsovet fəlsəfi ictimaiyyəti tərəfindən tanınan peşəkar alimdir. O, bir çox kitabların, monoqrafiyaların, məqalələrin elmi redaktoru və rəyçisidir. Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin "Гуманитарные науки" beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvüdür.

İ.R.Məmmədzadənin bir müəllim kimi də xidmətləri böyükdür. O, uzun illərdir ki, Bakıdakı Qərb Universitetinin professorudur. Burada o, yetişməkdə olan gənc nəslə öz bilik və bacarığını verməkdən usanmır. Onlarla gənc alim fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarını məhz onun rəhbərliyi altında müdafiə etmişdir.

İ.R.Məmmədzadənin yaradıcılığı haqqında yazılar Moskvada nəşr olunan Ensiklopedik məlumat kitabına daxil edilmişdir. Həmin məlumat "XIX-XX əsrlərin Rusiya filosofları" (M., 2002) kitabında öz əksini tapmışdır. Onun N.Makiavelli haqqında məqalələrinin annotasiyaları Maksim Makiavelliyə həsr olunan Rusiya-İtaliya biblioqrafiyasına daxil edilmişdir. Bu Biblioqrafiya 2002-ci ildə Pyotr Barenboumun redaktorluğu ilə nəşr edilmişdir.

İ.R.Məmmədzadə elm təşkilatçısı kimi də ciddi fəaliyyət göstərir.

Onun İnstituta rəhbərlik etdiyi dövrdə bir çox xarici ölkələrin aparıcı Elmi Mərkəzləri ilə elmi əməkdaşlıq haqqında müqavilələr, razılaşmalar anlaşma memorandumları imzalanmışdır. Məhz onun sayəsində 2010-cu ildən FSHİ Avropa və Asiya ölkələrinin Fəlsəfə İnstitutlarının Beynəlxalq Assosiasiyasına üzv qəbul edilmişdir.

F.e.d. İ.R.Məmmədzadə peşəkar alim, təşkilatçı-rəhbər olmaqla yanaşı, eyni zamanda, ictimai xadim kimi də özünü göstərə bilmişdir. Ölkəmizdə son illər keçirilən Beynəlxalq Humanitar Forumlar çərçivəsində bir sıra tədbirlərin keçirilməsi məhz İ.R.Məmmədzadəyə həvalə olunmuşdur.

İ.R.Məmmədzadə Bakı və Moskvada 2010, 2012, 2013-cü illərdə mütəmadi olaraq keçirilən "Əliyev qiraətlərinin" təşkili, keçirilməsi və çapa hazırlanması işində yüksək fəallıq nümayiş etdirmişdir.

İ.R.Məmmədzadə Respublikada elmin inkişafı və təşkili sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə də AMEA tərəfindən dəfələrlə "Fəxri Fərmanla" təltif edilib.
 

 

© AMEA Fəlsəfə İnstitutu - 2019