az / en


Tövsiyə edilən dövri elmi nəşrlər


ICI Journals Master


Web of science


Research gate


Scopus


Web of knowledge


Google Scholar


academia,edu


elibrary.ru


    JURNAL HAQQINDA                                                                                        

Təsisçisi AMEA Fəlsəfə İnstitutu olan “Elmi əsərlər” Beynəlxalq elmi-nəzəri jurnalı 2006-cı ildən fəaliyyət göstərir. Jurnaldakı məqalələrin maraq dairəsinin geniş olduğunu, xarici müəlliflərin müntəzəm şəkildə jurnala məqalələrlə müraciət etməsini nəzərə alaraq 2009-cu ildən beynəlxalq elmi-nəzəri jurnal statusu almışdır. “Elmi əsərlər” jurnalı 17 fevral 2006-cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir (№ 1704). Jurnal Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın 30.04.2010-cu il tarixli qərarı ilə  "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən el¬mi nəşrlərin siyahısı" na daxil edilmişdir.
Jurnal öz fəaliyyətini Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarları, öz əsasnaməsi və beynəlxalq standartlara uyğun qurub. Jurnalın əsas məqsədi Azərbaycan elminin daha da inkişaf etməsi üçün layiqli töhfələr vermək,  fəlsəfə, politologiya, siyasi elmlər, psixologiya və sosiologiya üzrə aparılan tədqiqatları öz səhifələrində işıqlandıraraq dünya elmini onlarla tanış etmək, geniş elmi müzakirələrə səbəb ola biləcək problemlərin fənlərarası yanaşma müstəvisində araşdırılmasının nəticələrinin, alim və tədqiqatçılar arasında elmi diskussiya yaradacaq postneoklassik elmin paradiqmaları, yenilikləri barədə araşdırmaların geniş yayılmasına vəsilə olmaqdır. Jurnalda indiyədək yerli mütəxəssislər ilə yanaşı  Türkiyə, ABŞ, Rusiya, İran, Fransa, İtaliya, Çin, Misir, Tunis, Əlşəzair, Ukrayna, Qazaxıstan və başqa xarici dövlətlərin tanınmış alim və tədqiqatçıları  elmi ictimaiyyət tərəfindən böyük maraq doğuran məqalələrə çıxış etmişlər.
Jurnalda Azərbaycan, rus və ingilis dillərində bütün məqalələr antiplagiat proqramı ilə yoxlandıqdan sonra ekspertlərə göndərlir, müsbət rəy alarsa çapa  təqdim olunur.
Jurnalın nəşr dövriliyi ildə iki dəfədir.

 

© AMEA Fəlsəfə İnstitutu - 2019