<p style="text-align: justify;">
<span style="font-size:18px;">Jurnalın bu nömrəsində AMEA-nın 80 illik yubileyinə həsr olunmuş araşdırma, rəqəmsal dövrdə yeni sosiallıq və süni intellekt məsələləri, Azərbaycanın siyasi və iqtisadi suverenliyi, yaşıl enerji resursları, informasiya təhlükəsizliyi və digər mühüm istiqamətlər üzrə elmi məqalələr yer alıb. Eyni zamanda görkəmli Azərbaycan filosofu Firudin Köçərlinin 105 illiyinə həsr olunmuş yazı və yeni nəşrlərə dair resenziya da oxuculara təqdim edilir.<br />
“Elmi əsərlər” jurnalının yeni nömrəsi humanitar və ictimai elmlər sahəsində aparılan müasir tədqiqatların nəticələrini elmi ictimaiyyətə çatdırmaqla yanaşı, beynəlxalq elmi dialoqun inkişafına da mühüm töhfə verir.</span></p>