az / en


Tövsiyə edilən dövri elmi nəşrlər


ErihPlus


ICI Journals Master


Web of science


Research gate


Scopus


Web of knowledge


Google Scholar


academia.edu


elibrary.ru


academia.edu


    XƏBƏRLƏR                                                                                                         

“ELMİ ƏSƏRLƏR” JURNALININ 2026-cı İL ÜÇÜN NÖVBƏTİ SAYI NƏŞR OLUNUB

“Fəlsəfə tarixinə müasir yanaşma” bölməsində milli-mənəvi yaddaş, ana dili, Azərbaycanda milli oyanış və ideoloji inkişaf, eləcə də Şarl Furyenin estetik və pedaqoji baxışları təhlil olunur. “Sosioloji tədqiqatlar” bölməsi azad edilmiş ərazilərdə innovativ şəhərsalma modeli və repatriasiya prosesinə həsr edilmiş araşdırmaları təqdim edir.
“Siyasi elmlər: nəzəriyyə və reallıqlar” bölməsində isə yumşaq siyasi güc və ictimai diplomatiya, Qərbi Azərbaycan kontekstində qayıdış hüququ, Cənubi Qafqaz üzrə tədqiqat mərkəzlərinin fəaliyyəti, dövlət idarəçiliyi və Səfəvilər dövrünün daxili siyasəti kimi məsələlər elmi müstəvidə nəzərdən keçirilir. Nəşrdə, həmçinin oxucu rəyi bölməsi yer alır.
2006-cı ildən nəşr olunan jurnal Azərbaycan, rus, türk və ingilis dillərində elmi məqalələr dərc edir. İldə iki dəfə işıq üzü görən nəşr fəlsəfə, sosiologiya və siyasi elmlər üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər sırasındadır.
Yeni nömrə elmi diskussiyaların genişləndirilməsi, aktual tədqiqat nəticələrinin elmi ictimaiyyətə çatdırılması və fənlərarası elmi əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyır.

©AMEA Fəlsəfə İnstitutu - 2019