az / en


Tövsiyə edilən dövri elmi nəşrlər


ICI Journals Master


Web of science


Research gate


Scopus


Web of knowledge


Google Scholar


academia,edu


elibrary.ru


    MÜƏLLİFLƏR ÜÇÜN TƏLİMAT                                                                     

MƏQALƏLƏRƏ BAXILMA PROSEDURU


Məqalə müəlliflərinin nəzərinə çatdırılır ki, hər bir məqalə üzərindəki iş bir neçə mərhələdən ibarətdir. Redaksiyaya daxil olunmuş məqalə ilkin baxış zamanı məqalənin elmi əhəmiyyətinin olmadığı qənaətinə gəlinibsə onda  müəllifə kifayət qədər tez məlumat verilir. Məqalə maraq kəsb edirsə, rəyçilər təyin olunur və baxılmaq üçün anonim rəyə göndərilir. İki nəfər sahə mütəxəssisi tərəfindən məqalə qiymətləndirilir. Məqalə müəlliflərinin statusu, mənsubiyyəti və digər şəxsi məlumatlar nəzərə alınmadan məqalə yoxlanılır. Baxış proseduru ümumiyyətlə 2-3 ay çəkir. Məqalə ətraflı təhlil edildikdən sonra redaksiya heyətindən müəlliflərə şərhləri, qeydləri və məqalənin vəziyyəti ilə bağlı rəylər göndərilir.


Rəylərdə məqalənin vəziyyəti ilə əlaqədar qeydlər göstərilir:
-bəzi kiçik düzəlişlərə ehtiyac var;
-məqalə yenidən ətraflı şəkildə işlənilməlidir;
-dərc etməkdən imtina edilir.


Məqalənin dərc olunmamasının səbəbləri müxtəlif ola bilər:
- tədqiqatda elmi yenilik yoxdur;
- tədqiqat digər elmi əsərlərdən köçürülüb və ya plagiat aşkar edilib;
- ədəbiyyat kifayət qədər ətraflı deyil və məqalə üçün möhkəm nəzəri əsas yaratmır, köhnə ədəbiyyatlara üstünlük verilib, yeni ədəbiyyata istinadlar azlıq təşkil edir.
- iş metodoloji cəhətdən səhv aparılmışdır,  məqalə dəqiq bir şəkildə qurulmamışdır, məqalədə akademik üslubdan əhəmiyyətli dərəcədə kənarlaşmalar var.


Rəyçilərin tövsiyələrini mümkün qədər nəzərə almaq tövsiyə olunur. Məqalə müəllifləri rəyçilərin hər hansı bir tənqidi ilə  razı  olmazsa, fikirlərini əsaslandıraraq redaksiyaya çardıra bilər. Redaksiya heyəti bu fikirlərlə razılaşmaq və yaxud razılaşmamaq ixtiyarını özündə saxlayır.
Əgər rəyçilərdən biri məqalənin dərcinin “lehinə", digəri isə "əleyhinə" olarsa son qərarı jurnalın redaktoru verir.

 

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər qarşısında məqalələrin qəbulu ilə bağlı qoyduğu tələblər:

1. Məqalələr Azərbaycan, rus, türk və ingilis dillərində çap olunmuş şəkildə və elektron variantda təqdim olunmalıdır. Məqalənin yazıldığı dildən əlavə digər 2 dildə xülasəsi verilməlidir. Məqalələrin həcminin 10-12 səhifə, xülasələrin 5-8 sətir olması tövsiyə olunur. Xülasələrdə məqalənin yazılma məqsədi, metodologiya, elmi yenilik də göstərilməlidir.

2. Məqalələrin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni və məqalənin məzmununa uyğun olmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunur.

3. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı ya əlifba ardıcıllığı ilə yaxud istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməli və məsələn, (1) və ya (1, s.119) kimi işarə olunmalıdır. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.

4. Məqalələrin mətnləri Azərbaycan dilində latın əlifbası, rus dilində kiril əlifbası və ingilis dilində ingilis (ABŞ) əlifbası ilə Times New Roman – 14 şrifti ilə 1,5 intervalla yığılmalıdır.

5. Məqalələr antiplagiat proqramı ilə yoxlanıldıqdan, rəyçilərin gizli rəyindən sonra sahə redaktoru və ya redaksiya heyətinin mütəxəssis üzvlərindən biri tərəfindən çapa təqdim olunur.

6. Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstərilməlidir. Açar sözlər üç dildə verilməlidir.

7. Məqalələrdə müəllif(lər)in adı və soyadı, işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı göstərilməlidir.

8. Məqalələrin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalar və s. istinadlara üstünlük verilməlidir.

9. Jurnalda baxılan elm sahəsində qabaqçıl olan dünya ölkələrindən daxil olan məqalələrin çapına da yer verilir.

10. Jurnal yalnız öz profilinə uyğun məqalələri dərc edir.

 

Yuxarıda göstərilən şərtlərə uyğun olmayan məqalələr redaksiya heyəti tərəfindən qəbul edilmir

© AMEA Fəlsəfə İnstitutu - 2019